Xankəndidəki tarixi oyunda YEGANƏ QOL - FOTO/VİDEO

Xankəndidəki tarixi oyunda YEGANƏ QOL - FOTO/VİDEO

Hazırda oxunan: Xankəndidəki tarixi oyunda YEGANƏ QOL - FOTO/VİDEO

170113

Azərbaycan Kubokunun 1/8 final mərhələsində növbəti oyun keçirilib.

Bizim.Media xəbər verir ki, “Qarabağ” Xankəndi şəhər stadionunda MOİK komandasını qəbul edib.

Görüşün taleyini bir qol həll edib. Nəriman Axundzadənin matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə vurduğu top Ağdam təmsilçisinə minimal hesablı qələbə qazandırıb. İşğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçında fərqlənən gənc hücumçu tarixi qolun müəllifi olub.

“Köhlən atlar” bu nəticə ilə 1/4 finalda “Sabah” klubuna rəqib olublar.

Qeyd edək ki, 1/8 final mərhələsinə bu gün keçiriləcək “Neftçi” – “Qaradağ Lökbatan” matçı ilə yekun vurulacaq.
 


 
Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO