\"Qəbələ\" və \"Araz-Naxçıvan\" 1/4 finalda

Hazırda oxunan: \"Qəbələ\" və \"Araz-Naxçıvan\" 1/4 finalda

169801

Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir.

Bizim.Media xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. "Araz-Naxçıvan" "İrəvan"ın qonağı olub. 

Matçda 10 qol vurulub. Naxçıvan təmsilçisi 8:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Digər oyunda isə "İmişli" "Qəbələ"ni qəbul edib. Gərgin keçən görüşdə "Qaəbələ" 90+3-cü dəqiqə qolu ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. "Qəbələ" 1/4 finalda "Araz-Naxçıvan"la qarşılaşacaq.

Qeyd edək ki, 1/8 final bir oyundan ibarətdir. 

19 dekabr 

16:00. "İmişli" - "Qəbələ" - 0:1

Qol: Mehrac Baxşalı, 90+3

Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov

Qəbələ şəhər stadionu

13:00. "İrəvan" - "Araz-Naxçıvan" - 2:8

Qol: Vüsal Qənbərov, 16 (1:0), Aleksey Nqando, 24 (1:1), Orxan Əliyev, 24 (1:2), Vüsal Əsgərov, 37 (2:2), Aksel Nqando, 43 (2:3), 45+4-pen. (2:4), Orxan Əliyev, 51 (2:5), Miço Kuzmanoviç, 73 (2:6), Elvis Maşike, 80 (2:7), 83 (2:8)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov

"ASK Arena"

20 dekabr 

14:00. "Səbail" - "Şamaxı"

Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov

"ASCO Arena"

17:00. "Zirə" - "Turan Tovuz"

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə

Zirə İdman Kompleksinin stadionu

21 dekabr 

14:00. “Qarabağ” – MOİK

18:00. “Neftçi” – “Qaradağ Lökbatan”

Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli

"Neftçi Arena"

18 dekabr

"Sumqayıt" - "Karvan" - 3:1

"Kəpəz" - "Sabah" - 3:4 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO