"Qarabağ" "Neftçi"yə qalib gəldi - VİDEO

Hazırda oxunan: "Qarabağ" "Neftçi"yə qalib gəldi - VİDEO

169639

Bu gün Misli Premyer Liqasında 17-ci tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.

Turun mərkəzi oyununda lider "Qarabağ" 5-ci pillədəki "Neftçi"ni qəbul edib. Əzəli rəqiblərin Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcən görüşü Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində “Qarabağ” xalını 38-ə çatdırmaqla liderliyini daha da gücləndirib. İndi onunla ikinci yerdəki “Zirə” arasında 9 xallıq fərq yaranıb. 25 xalı olan “Neftçi” isə 5-ci pillədə qalıb.

18 dekabr (bazar ertəsi)

20:00. “Qarabağ”– “Neftçi” - 2:0

Qollar: Yassin Benzia, 71 (1:0), Hamidu Keyta, 90+2 (2:0)

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu

Tofiq Bəhramov adına Respublika Stadionu

14 dekabr

"Kəpəz" - "Sumqayıt" - 1:1

15 dekabr

“Araz-Naxçıvan” – “Sabah” - 2:0

“Səbail” – “Qəbələ” - 3:0

16 dekabr

18:00. “Turan Tovuz” – “Zirə” - 1:0

 

 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO