Azərbaycan Kuboku: “Sabah” və “Sumqayıt” ¼ finalda

Azərbaycan Kuboku: “Sabah” və “Sumqayıt” ¼ finalda

Hazırda oxunan: Azərbaycan Kuboku: “Sabah” və “Sumqayıt” ¼ finalda

169623

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun Tovuzda baş tutub. Burada Premyer Liqa təmsilçiləri “Sabah”la “Kəpəz” üz-üzə gəliblər.

7 qolluq matçın sonunda “Sabah” çətinliklə mərhələ adlayıb. “Sumqayıt” isə bu mərhələdə “Karvan”la qarşılaşıb. 4 qolun vurulduğu bu matçda isə meydan sahibləri inamlı qələbəyə seviniblər.

Bu mərhələnin digər oyunları 19, 20 və 21 dekabrda keçiriləcək.

Azərbaycan Kuboku

1/8 final

18 dekabr

Kəpəz – Sabah 3:4

Qollar: Adama Niane, 36-pen; 45; 76 – Vensan Till, 14. Jesse Sekidika, 23. Emmanuel Apeh, 39. Amin Seydiyev, 89.

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Asiman Əzizli, Rauf Allahverdiyev.

Tovuz şəhər stadionu, 14:00.

Sumqayıt – Karvan 3:1

Qol: Kamran Əliyev, 55. Erik Sorqa, 82. Rövlan Muradov, 88 – İzzət Müştaqov, 65.

Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva.

Sumqayıt şəhər stadionu, 17:00.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO