Güləş üzrə Azərbaycan çempionatı KEÇİRİLƏCƏK 

Güləş üzrə Azərbaycan çempionatı KEÇİRİLƏCƏK 

Hazırda oxunan: Güləş üzrə Azərbaycan çempionatı KEÇİRİLƏCƏK 

169542

Sabah sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürəcək. 

Bizim.Media xəbər verir ki, üç gün davam edəcək yarış Bakı İdman Sarayında keçiriləcək. 

Çempionatın açılış mərasimi 19 dekabr saat 16:00-da başlayacaq. Görüşlər hər gün saat 10:00-da start götürəcək.
Sabah sərbəst güləş üzrə 57, 61, 65, 70, 74 və 79 kq-da qaliblər müəyyənləşəcək.

Dekabrın 20-də sərbəst güləş üzrə 86, 92, 97 və 125, yunan-Roma güləşi üzrə isə 55, 60 və 63 kq-da mübarizə baş tutacaq. Çempionatın son günündə isə yunan-Roma güləşi üzrə 67, 72, 77, 82, 87, 97 və 130 kq-da ən güclü idmançıların adına aydınlıq gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO