Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi bu mərhələdə üz-üzə gələcəyi komanda İsveçrənin Nyon şəhərindəki püşkatma mərasimində müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksələn “köhlən atlar” püşkdə Çempionlar Liqasında öz qrupunu 3-cü pillədə başa vuran komandalardan biri ilə düşəcək.
Səpələnmişlər səbətində yer alan “Qarabağ”ın potensial rəqibləri bunlardır:
“Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Şaxtyor” (Donetsk, Ukrayna).
Azərbaycan çempionu bu raundda ilk matçını səfərdə, cavab oyununu isə evdə keçirəcək.
Reqlamentə əsasən, pley-off mərhələsində eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməzlər. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. Səkkiz cütün qalibi 1/8 finalın püşkatmasında Avropa Liqasında qruplarını lider kimi tamamlayan komandalara qoşulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:30 / 18.12.2023
“Qarabağ”ın pley-off mərhələsindəki rəqibi kim olacaq? - Bu gün püşk atılır
Hazırda oxunan: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi kim olacaq? - Bu gün püşk atılır
Hazırda oxunan: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi kim olacaq? - Bu gün püşk atılır
169512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.