SON DƏQİQƏ: Millimizin baş məşqçi postuna əsas namizədin adı BƏLLİ OLDU

SON DƏQİQƏ: Millimizin baş məşqçi postuna əsas namizədin adı BƏLLİ OLDU

Hazırda oxunan: SON DƏQİQƏ: Millimizin baş məşqçi postuna əsas namizədin adı BƏLLİ OLDU

169208

AFFA-nın milli komandanın baş məşqçisi üçün əsas namizədi bəlli olub. 

Bizim.Media xəbər verir ki, federasiya rəhbərliyi rusiyalı mütəxəssis Qurban Berdıyevi millinin sükanı arxasına gətirmək istəyir. 

Hazırda Berdıyev millinin baş məşqçi postuna əsas namizəd sayılır. 

Əslən Türkmənistandan olan Kurban Berdıyevlə artıq ilkin danışıqlar olub. 2024-cü ilin yanvarında isə onunla əsas danışıqlara başlanacaq. 
Qeyd edək ki, Berdıyev hazırda Rusiya çempionatının birinci divizionunda yarışan “Dinamo” Maxaçqalanın baş məşqçisidir. Daha çox Kazan “Rubin”indəki işi ilə tanınan təcrübəli mütəxəssis Qazaxıstanın “Kayrat”, Təbrizin “Traktor” klublarında, o cümlədən Türkimənistan millisində də çalışıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO