Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Bizim.Media xəbər verir ki, Yüksək Liqada günə debütantlar - “Gəncə” və “Milli Aviasiya Akademiyası”nın oyunu ilə start verilib.
Görüşdə ev sahibləri 3:1 hesabı ilə qələbə qazanıblar. Qonaqlar yalnız ikinci setdə rəqibi ilə başabaş mübarizə aparaq, üstün olublar. “Milli Aviasiya Akademiyası” növbəti iki setdə cəmi 21 xal qazana bilib.
Mərkəzi - “Abşeron” - “Murov AZ Terminal” görüşündə birincilər ümidləri doğruldublar. Famil Ağayevin komandası ilk iki setdə çətinliklə üzləşməyib. Sonradan özünü toparlayan qonaq komanda inamlə təsir bağışlayıb.
Üçüncü seti üstün bitirən “Murov AZ Terminal” növbəti setdə eyni uğuru təkrarlaya bilməyib. “Azərreyl” - UNEC qarşılaşmasında isə “dəmiryolçular”ın rahat qələbə qazanaraq, 1-ci pilləyə yüksəliblər.
Azərbaycan Yüksək Liqası
Qadınlar
13 dekabr
15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası” - 3:1 (25:16, 22:25, 25:11, 25:10)
Gəncə OİK
16:00. “Abşeron” - “Murov Az Terminal” - 3:1 (25:20, 25:12, 22:25, 26:24)
GİN-in Voleybol Mərkəzi
19:00. UNEC - “Azərreyl” - 0:3 (12:25, 16:25, 17:25)
UNEC VK-nin idman zalı.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:29 / 13.12.2023
“Azərreyl”, “Murov AZ Terminal və “Abşeron” rəqiblərini məğlub etdi
Hazırda oxunan: “Azərreyl”, “Murov AZ Terminal və “Abşeron” rəqiblərini məğlub etdi
Hazırda oxunan: “Azərreyl”, “Murov AZ Terminal və “Abşeron” rəqiblərini məğlub etdi
168903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.