Murad Musayev “Sabah”dan ayrılacaqmı? - AÇIQLAMA

Murad Musayev “Sabah”dan ayrılacaqmı? - AÇIQLAMA

Hazırda oxunan: Murad Musayev “Sabah”dan ayrılacaqmı? - AÇIQLAMA

168879

Son günlər Rusiya mətbuatında bu ölkənin klublarının “Sabah”ın baş məşqçisi Murad Musayevlə danışıq aparması haqda xəbərlər yayılmaqdadır. 

Bizim.Media xəbər verir ki, qol.az saytı bununla bağlı “Sabah”ın mövqeyini öyrənib.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Murad Musayevlə bağlı kluba rəsmi təklif gəlmədiyini deyib:

“Murad Musayevin klubla müqaviləsi var. Rusiya mətbuatında oxşar xəbərlər əvvəllər də yer alıb. Baş məşqçimiz hazırda komandanın sükanı arxasındadır və başqa versiya ümumiyyətlə müzakirə edilməyib”.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya 1-ci divizon təmsilçiləri  “Alaniya”nın, bu gün isə “Şinnik”in Murad Musayevlə danışıq aparması haqda xəbər yayılıb. Hətta “Şinnik”in idman koordinatoru Aleksandr Pobeqalovun bir müddət əvvəl Murad Musayevə görə Azərbaycana səfər etdiyi də bildirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO