Mahir Emreli “Dinamo”dan AYRILIR

Mahir Emreli “Dinamo”dan AYRILIR

Hazırda oxunan: Mahir Emreli “Dinamo”dan AYRILIR

168768

Azərbaycan milli komandasının forvardı Mahir Emreli qışdan sonra özünü başqa komandada sınamaqda israrlıdır. 

Bizim.Media xəbər verir ki, hücumçu “Dinamo”da istədiyi qədər oyun şansı qazanmadığından Zaqreb klubunda qalmaq istəmir. 

Hələ ki, hücumçu qışdan sonra hansı komandaya icarəyə yollanacağına qərar verməyib. 

Emreliyə Avropanın bir çox klublarından təkliflər gəlib. Onlar arasında Rusiya, Türkiyə, Belçika və İtaliya B təmsilçisi də var. Emrelini Səudiyyə Ərəbistanı Liqasında yarışan komanda da icarəyə götürməyi planlaşdırır. Qış fasiləsində azərbaycanlı futbolçunun karyerasına harada davam etdirəcəyi dəqiqləşdirəcək.
Qeyd edək ki, 26 yaşlı hücumçu 2022-ci il fevralın 2-də "Dinamo"ya keçib. Onun Zaqreb təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO