Ronaldo bir ildə 50 qol vurması haqda

Ronaldo bir ildə 50 qol vurması haqda

Hazırda oxunan: Ronaldo bir ildə 50 qol vurması haqda

168743

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo 2023-cü ildə 50-ci qolunu vurub.

Bizim.Media xəbər verir ki, 38 yaşlı hücumçu yubiley qoluna Kral kubokunun 1/4 finalında "Əl-Şabab"la oyunda (5:2) imza atıb. 

O, bununla bağlı sosial şəbəkə hesabında yazıb:

“Möhtəşəm qələbə və 2023-cü ildəki 50-ci hədəfimi elan etməkdən çox məmnunam. Bütün bunlar komanda yoldaşlarımın, azarkeşlərimin və ailəmin sarsılmaz dəstəyi sayəsindədir! Bu il daha bir neçə qol üçün vaxt var”.
Qeyd edək ki, Ronaldo 2023-cü ildə “Əl-Nəsr”in heyətində 40, Portuqaliya millisində isə 10 qol vurub. O, karyerasında 8-ci dəfədir ki, bir ildə 50 qol həddinə çatır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO