“Qalatasaray” Çempionlar Liqasında bu gün həlledici oyuna çıxacaq

“Qalatasaray” Çempionlar Liqasında bu gün həlledici oyuna çıxacaq

Hazırda oxunan: “Qalatasaray” Çempionlar Liqasında bu gün həlledici oyuna çıxacaq

168601

UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna bu gün start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olacaq. İstanbul klubu növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidir. Bu matçda mümkün bərabərlik və “Mançester Yunayted”in qələbəsi “Cim-Bom”un avrokuboklarla vidalaşmasına səbəb ola bilər.

C qrupunda isə “Napoli” ilə “Braqa” ikinci yerin sahibini öz aralarındakı görüşdə müəyyənləşdirəcəklər. Portuqaliya təmsilçisi 1/8 finala adlamaq üçün minimum 2 top fərqi ilə qələbə qazanmalıdır.
Bu qruplarda “Bavariya”, “Arsenal”, PSV, “Real”, “İnter” və “Zaltsbuq” növbəti mərhələyə vəsiqəni öncədən təmin ediblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO