Kadi “Qarabağ”a qayıtmaq istəyir

Hazırda oxunan: Kadi “Qarabağ”a qayıtmaq istəyir

168569

"Krasnodar"ın vingeri Kadi Yuri Borges yenidən "Qarabağ"ın formasını geyinə bilər.

Bizim.Media xəbər verir ki, 27 yaşlı futbolçu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla birbaşa kontakt quraraq, istəyini ona çatdırıb.

Fəqət "köhlən atlar"ın braziliyalı oyunçunu transfer etmək üçün böyük büdcəsi yoxdur.

Çünki Rusiya təmsilçisi bu keçid üçün azı 10 milyon avro təzminat istəyir. Bu səbəbdən "Qarabağ" "sambaçı"nı qışda icarəyə götürə bilər.
Xatırladaq ki, "Krasnodar" Kadini 2023-cü ilin yanvarında 5 milyon avro qarşılığında transfer etmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO