Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti Prezident Kuboku keçiriləcək.
Bizim.Media xəbər verir ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunacaq turnirdə Ağstafa və Ağcabədi rayonlarını təmsil edən klublarla yanaşı, Bakıdan da 6 komanda iştirak edəcək.
Ümumilikdə 8 komandanın qatılacağı yarışlarda 2 qrupda heyətlər güclərini sınayacaq.
Dekabrın 15, 17 və 19-u qrup oyunları, dekabrın 21-i yarımfinal və dekabrın 23-də isə turnirin finalı baş tutacaq. Qrup oyunlarının nəticələrinə əsasən hər iki qrupu 1 və 2-ci yerlərdə bitirən komandalar yarımfinala yüksələcək. Oyun günləri yarışlar saat 10:00-da start götürəcək.
Turnirin püşkatması və mətbuat konfransı dekabrın 14-də, saat 12:00-da “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:22 / 11.12.2023
Çövkən üzrə Prezident Kuboku KEÇİRİLƏCƏK
Hazırda oxunan: Çövkən üzrə Prezident Kuboku KEÇİRİLƏCƏK
Hazırda oxunan: Çövkən üzrə Prezident Kuboku KEÇİRİLƏCƏK
168530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.