Millimizin üzvünə 8 oyunluq cəza VERİLDİ 

Millimizin üzvünə 8 oyunluq cəza VERİLDİ 

Hazırda oxunan: Millimizin üzvünə 8 oyunluq cəza VERİLDİ 

168448

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev ağır cəza ilə üzləşib. 

Bizim.Media xəbər verir ki, buna səbəb “Buriram Yunayted”in formasını geyinən futbolçunun Asiya Çempionlar Liqasında Çinin “Zhejianq” komandası ilə görüşdən sonrakı davranışı olub.

Belə ki, qarşılaşmadan sonra dava-dalaşda iştirak edən forvard 8 görüşlük diskvalifikasiya edilib. 

Şeydayevin komanda yoldaşları Leon Ceyms və Çitipat Tanklanqın cəzası isə 6 oyunluq olub. Ramilin döyüldüyü hadisəyə görə “Zhejianq”ın da 3 oyunçusu sanksiya ilə üzləşib.
Qeyd edək ki, H qrupu çərçivəsində keçirilən qarşılaşmada “Buriram Yunayted” səfərdə rəqibinə 2:3 hesabı ilə məğlub olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO