“Neftçi” “Turan Tovuz”u məğlub edərək 3-cü pilləyə yüksəldi - VİDEO

“Neftçi” “Turan Tovuz”u məğlub edərək 3-cü pilləyə yüksəldi - VİDEO

Hazırda oxunan: “Neftçi” “Turan Tovuz”u məğlub edərək 3-cü pilləyə yüksəldi - VİDEO

168399

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma “ağ-qaralar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Paytaxt təmsilçisində 5-ci dəqiqədə Filip Ozobiç, 56-cı dəqiqədə Rəhman Hacıyev, 73-cü dəqiqədə Aaron Olanare fərqlənib. Bölgə klubunda qolları 8-ci dəqiqədə Roderik Miller, 59-cu dəqiqədə Otto Con vurub.

Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran “Neftçi” üçüncü pilləyə yüksəlib. “Turan Tovuz” 16 xalla 8-ci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə “Sabah” “Səbail”i dörd cavabsız qolla üstələyib. Turun əvvəlki oyunlarında “Qarabağ” “Sumqayıt”ı (6:1), “Kəpəz” “Qəbələ”ni (3:0) səfərdə məğlub edib. “Zirə” - “Araz-Naxçıvan” matçında isə hesab açılmayıb.
 


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO