“Xəzri” növbəti qələbəsini qazandı - FOTO

“Xəzri” növbəti qələbəsini qazandı - FOTO

Hazırda oxunan: “Xəzri” növbəti qələbəsini qazandı - FOTO

168157

Bu gün basketbol üzrə Azərbaycan çempionatında VII turun növbəti görüşləri keçirilib. 

Bizim.Media xəbər verir ki, turun ikinci oyun günündə 2 matç baş tutub. 

“Sumqayıt”ın qonağı olacaq “Xəzri” 10 xal fərqi ilə qələbə qazanıb. Oyuna Sumqayıt basketbolçuları yaxşı başlasalar da, qonaq komanda sonrakı 3 periodda daha yaxşı oynayıb.

"Xəzri" lider NTD-İNDİQO ilə xalını bərabərləşdirib.

“Xırdalan” uğursuz oyunlar seriyasında “Sərhədçi” ilə qarşılaşmada son qoyub. Qonaq komanda son 4 matçda meydanı məğlub tərk etmişdi. "Sərhədçi" mövsümdə 5-ci dəfə uduzub.

Azərbaycan Basketbol Liqası
VII tur
8 dekabr
16:30. “Sumqayıt” – “Xəzri” - 95:85 (25:28, 25:19, 25:18, 22:20)
“Sərhədçi” İdman Mərkəzi
19:30. “Sərhədçi” – “Xırdalan” - 57:79 (8:13, 15:19, 19:18, 15:29)
“Sərhədçi” İdman Mərkəzi



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO