“Neftçi”nin baş məşqçisi: “CFR Kluj”la danışıq aparmamışam”

“Neftçi”nin baş məşqçisi: “CFR Kluj”la danışıq aparmamışam”

Hazırda oxunan: “Neftçi”nin baş məşqçisi: “CFR Kluj”la danışıq aparmamışam”

168139

"Neftçi"nin baş məşqçisi Adrian Mutu Rumıniya mətbuatına danışıb. 

Bizim.Media xəbər verir ki, " iAM Sport"a açıqlama verən rumıniyalı Azərbaycan futbolunun səviyyəsindən söhbət açıb: 

“Azərbaycanda həyatım yaxşı gedir. Buradakı çempionat çoxlarının Azərbaycan futbolu ilə bağlı təsəvvüründən çox fərqlidir. Burada futbol  Rumıniya ilə müqayisədə, daha çox gücə bağlıdır. Bu mövsüm çempionatda bir-iki komandanın turnir cədvəlində xal baxımından irəlidə olduğu əvvəlki illərdən daha çox tarazlıq var. Burada yaxşı, səviyyəli beş komanda var. 
Azərbaycanlı futbolçular kaprizlidir? Futbolçular milliyyətindən asılı olmayaraq, ümumiyyətlə, kaprizlidirlər".

O, bir müddətdir ki, adının "ÇFR Kluj"la hallanmasına da aydınlıq gətirib:

"ÇFR Kluj" la heç bir müzakirəmiz olmayıb. Ümumiyyətlə, bu mövzunu müzakirə etməyin mənası yoxdur".

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO