“Xəzri”nin baş məşqçisi: “Sumqayıt”la oyuna hazırıq”

“Xəzri”nin baş məşqçisi: “Sumqayıt”la oyuna hazırıq”

Hazırda oxunan: “Xəzri”nin baş məşqçisi: “Sumqayıt”la oyuna hazırıq”

168033

“Son iki matçda qələbə qazanırıq. Xüsusilə də, son görüşdə yaxşı mübarizə apardıq”. 

Bizim.Media xəbər verir ki, bunu “Xəzri” basketbol klubunun baş məşqçisi Murat Dikmən deyib.

O, Azərbaycan çempionatının VII turunda qarşılaşacaqları “Sumqayıt”la oyunu dəyərləndirib.

Türkiyəli mütəxəssis bildirib ki, qələbə seriyasını bu gün baş tutacaq matçda da davam etdirmək istəyirlər: 

“Bu həftə hazırlıqlarımız yaxşı keçib. Ancaq bir az çətinliklərimiz var. Mark Vital qida zəhərlənməsinə görə, Amil Həmzəyev qripə yoluxduğu üçün, Orxan Süleymanlının isə dizindəki yüngül zədəsi davam etdiyindən iki gün bizimlə məşq edə bilməyiblər”.

Xəstəlik və zədələrlə bağlı problemlərinin olduğunu bildirən Dikmənin sözlərinə görə, komandası “Sumqayıt”la qarşılaşmaya hazırdır: 

“Tam heyətlə meydanda olacağıq. İlk pillələrdəki yerimizi qorumaq niyyətindəyik. Daha sonrakı matçlarımızda da qalib gələrək ilk dövrəni lider kimi bitirmək istəyirik”.

Qeyd edək ki, “Sumqayıt” – “Xəzri” qarşılaşması bu gün saat 16:30-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO