Şovkovski “Sabah”dan GEDİR  

Şovkovski “Sabah”dan GEDİR  

Hazırda oxunan: Şovkovski “Sabah”dan GEDİR  

168027

“Sabah” qış fasiləsində yollarını ayıracağı ilk futbolçunu müəyyənləşdirmək üzrədir. 

Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi Kahim Parris gələn ay bu ölkəyə qayıda bilər. 

Müqavilə ilə Kiyev “Dinamo”suna məxsus olan yamaykalı oyunçu Azərbaycan komandasında icarə əsasında çıxış edir. 

Düzdür, “Sabah” 23 yaşlı oyunçunu mövsümün sonuna qədər icarəyə götürüb. Lakin o, bakılıların heyətində ümidləri doğrultmur. “Dinamo”da baş məşqçi postunu tutan Aleksandr Şovkovski də icarədə olan bir neçə futbolçunun qayıtmasında maraqlıdır. Hazırkı məqamda dönüşü ən real görünən oyunçu məhz Parrisdir. 
Qeyd edək ki, Kahim Parris bu mövsüm “Sabah”ın heyətində Premyer Liqada 11 oyunda iştirak edib.

Rəşad Rafiqoğu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO