Felipe Melo oğlu ilə eyni komandada çıxış edəcək

Felipe Melo oğlu ilə eyni komandada çıxış edəcək

Hazırda oxunan: Felipe Melo oğlu ilə eyni komandada çıxış edəcək

167980

Braziliyanın "Fluminense" klubu gənc futbolçusu Davi ilə peşəkar müqavilə imzalayıb.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Maraqlıdır ki, "Qalatasaray"ın sabiq futbolçusu və Davinin atası olan Felipe Melo da "Fluminense"də çıxış edir.40 yaşlı futbolçunun klubla 2024-cü ilin yayına qədər müqaviləsi var. Beləliklə, ata və oğul futbolçu kimi eyni komandada çıxış edəcək.
Qeyd edək ki, Felipe Melo 2011 - 2015-ci illərdə "Qalatasaray"da çıxış edib. Braziliya millisinin sabiq üzvü İstanbul təmsilçisi ilə üç dəfə ölkə çempionu olub. O,  2022-ci ildən “Fluminense”də çıxış edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO