Millimiz minimal hesabla qalib gəldi

Millimiz minimal hesabla qalib gəldi

Hazırda oxunan: Millimiz minimal hesabla qalib gəldi

167623

Bu gün qadın futbol üzrə Azərbaycan millisi Millətlər Liqasının C3 qrupunda son oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv evdə Farer adaları ilə oynayıb. 

Millimiz bu görüşdə də qələbə qazanıb.

Azərbaycan – Farer adaları 1:0

Qol: Nigar Mirzəliyeva, 68

Azərbaycan bundan əvvəl Kipr (1:1, 1:0), Monteneqro (1:0, 3:0) və Farer adaları (2:1) ilə oynamışdı. Millimiz artıq beşinci turda qrup liderliyini təmin edərək, B divizionuna keçidini rəsmiləşdirmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO