“Azərreyl” və “Murov Az Terminal” qələbə qazandı

Hazırda oxunan: “Azərreyl” və “Murov Az Terminal” qələbə qazandı

167610

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının IV turu çərçivəsində 2 oyun keçirilib.

Bizim.Media xəbər verir ki, günün ilk matçında “Milli Aviasiya Akademiyası” “Azərreyl”i qəbul edib. 

İlk turda uduzan “dəmiryolçular” ardıcıl üçüncü qələbəni qazanıblar. "Azerreyl" hər üç seti üstün bitirib.

Günün 2-ci qarşılaşmasında isə “Murov AZ Terminal” UNEC-i asanlıqla məğlub edib.

"Tələbələr"in cəmi 26 xal qazanması oyunun hansı məcrada keçməsindən xəbər verir. Bu nəticələrdən sonra “Azərreyl” və “Murov AZ Terminal” xallarını 9-a yüksəldiblər.

Azərbaycan Yüksək Liqası

Qadınlar

IV tur

5 dekabr

16:00. “Milli Aviasiya Akademiyası” - “Azərreyl” - 0:3 (23:25, 22:25, 17:25)

Bakı. Voleybol Mərkəzi

18:00. “Murov AZ Terminal” – UNEC - 3:0 (25:8, 25:8, 25:10)

Bakı. Voleybol Mərkəzi

20:56

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO