Azərbaycan çempionatında ikinci mərhələnin görüşləri keçirilib – FOTO 

Hazırda oxunan: Azərbaycan çempionatında ikinci mərhələnin görüşləri keçirilib – FOTO 

167538

Kişi boksçular arasında Azərbaycan çempionatında II günün döyüşləri keçirilib. 

Bizim.Media xəbər verir ki, 41 komandanın qatıldığı yarışda 33 görüş baş tutub.

60 kq, 63,5 kq, 67 kq, 75 kq və 80 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib. Mərhələ adlayanlar sırasında yığmanın üzvləri Malik Həsənov, Tayfur Əliyev, Nəbi İsgəndərov da yer alıb. 
Həmçinin, 1 illik fasilədən sonra yenidən Azərbaycan çempionatında mübarizə aparan dünya çempionumuz Cavid Çələbiyev də ilk görüşünü qələbə ilə başa vurub.

Çempionatın III günündə isə 27 görüş olacaq. Döyüşlər Boks Mərkəzində keçirilir.

Qeyd edək ki, yarışın qalibləri dekabrın 8-də bəlli olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO