Mahirin komandası qalib gəldi

Hazırda oxunan: Mahirin komandası qalib gəldi

167461

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) Xorvatiya çempionatında 17-ci tur oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, komanda səfərdə "Slaven"nın qonağı olub. 

Matç Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 21-ci dəqiqədə Bruno Petkoviç açıb. Görüşdə son nöqtəni 79-cu dəqiqədə Dario Şkipiç qoyub.
Mahir bu görüşdə iştirak etməyib. 26 yaşlı hücumçu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, rəqiblərindən 2 oyun az keçirən "Dinamo" hazırda turnir cədvəlində 30 xalla 3-cüdür. Lider "Hayduk"un 39 (17 oyuna), 2-ci yerdəki "Riyeka"nın isə 32 xalı (16 oyuna) var.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO