Xavidən istefaya göndəriləcəyi barədə xəbərlərə münasibət

Xavidən istefaya göndəriləcəyi barədə xəbərlərə münasibət

Hazırda oxunan: Xavidən istefaya göndəriləcəyi barədə xəbərlərə münasibət

167456

"Barselona"nın baş məşqçisi Xavi vəzifəsindən istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, mütəxəssis bu məlumatları təkzib edib: 

“Mən hiss etmirəm ki, mövqeyim təhlükə altındadır. Mən xoşbəxtəm, prezidentin və Dekunun etimadına sahibəm. Əminəm ki, bu mövsüm çox yaxşı keçəcək. Komanda bir az pis oynayır, ona görə də gözlənilən nəticəni göstərmirik. Biz daha stabil oynamalıyıq. Çox şeyi təkmilləşdirmək lazımdır. Çox yaxşı işlər görmüşük, indi oyunu yaxşılaşdırmalıyıq. Bu yolla bizə yaxşı nəticələr gələcək”.

15 turdan sonra "Barselona" İspaniya çempionatının turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb. Kataloniya klubu lider "Real"dan 4 xal geri qalır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO