FIA prezidenti Bakıya gəlib - FOTO

Hazırda oxunan: FIA prezidenti Bakıya gəlib - FOTO

167447

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem Bakıya gəlib.

Bizim.Media xəbər verir ki, Mohammed Ben Sulayem Bakıda dekabrın 5-8-də baş tutacaq FIA Baş Assambleyalarının iclasları və Mükakatlandırma mərasimində (FIA Prize-Giving Ceremony) iştirak edəcək.

Qeyd edək ki, FIA həftəsi çərçivəsində 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri Bakıya gəlir.
Paytaxtımızın bu mötəbər tədbirə ev sahibliyi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunmuşdu. Avtomobil idmanı sahəsindəki bu beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparırdı. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib.










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO