“Xarı Bülbül” ardıcıl ikinci qələbəsini qazanıb

Hazırda oxunan: “Xarı Bülbül” ardıcıl ikinci qələbəsini qazanıb

167445

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. 

Bizim.Media xəbər verir ki, “Xarı Bülbül Şuşa” MOİK ilə üz-üzə gəlib.

2 gün öncə “Neftçi”ni məğlub edən Ziya Rəcəbovun komandası autsayderi də məğlub edib. Düzdür, oyuna MOİK daha yaxşı başlayıb. 

Gərgin mübarizə şəraitində keçən ilk set 27:25 hesabı ilə yekunlaşıb. Amma “Xarı Bülbül Şuşa” növbəti setlərdə daha diqqətli oynayaraq, 3:1 hesab ilə qalib gəlib. Bu qələbə ona ikinci pilləni ələ keçirmək imkanı verib. 
“Hərbçilər” isə turnir cədvəlinin son pilləsində qərarlaşılar.

Yüksək Liqa

4 dekabr

19:00. MOİK – “Xarı Bülbül Şuşa” - 1:3 (27:25, 22:25, 22:25, 17:25)

Bakı. “Murov Az Terminal”ın idman zalı

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO