Burak Yılmaz “Adana Dəmirspor”un baş məşqçisi ola bilər

Hazırda oxunan: Burak Yılmaz “Adana Dəmirspor”un baş məşqçisi ola bilər

167442

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin şərəfini qoruduğu “Adana Dəmirspor”un yeni baş məşqçisi Burak Yılmaz ola bilər. 

Bizim.Media xəbər verir ki, Türkiyə klubunun prezidenti Murat Sancaq Patrik Klyuvertin gedişindən boş qalan postda yığmanın sabiq hücumçusunu görmək istəyir. 

Son olaraq “Beşiktaş”da müvəqqəti baş məşqçi funksiyasını yerinə yetirmiş gənc mütəxəssislə 2025-ci ilə qədər müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, “Adana Dəmirspor” 23 xalla 5-ci yerdə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO