Karate üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO

Hazırda oxunan: Karate üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO

167391

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda keçirilən karate üzrə Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Karate Federasiyasından (AKF) Bizim.Media-ya verilən məlumata görə, 600-ə yaxın idmançının qatıldığı ölkə birinciliyinə paytaxtla yanaşı, bölgələrdən ümumilikdə 50-yə yaxın komanda qatılıb.

Son yarış günü yeniyetmə, gənc və böyüklərin gərgin mübarizəsi ilə yadda qalıb. Turnirin qalib mükafatçıları diplom və medallarla təltif ediliblər. 

Mükafatları idmançılara AKF-in vitse-prezidenti Rəhman Hətəmov və federasiyanın baş katibi Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan çempionatında fərqlənən idmançılar milli komandanın heyətində hazırlıqlara cəlb olunacaqlar.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO