Əfsanəvi basketbolçunun oynadığı top 66 min DOLLARA SATILDI

Hazırda oxunan: Əfsanəvi basketbolçunun oynadığı top 66 min DOLLARA SATILDI

167388

“Los-Anceles Leykers” komandasının əfsanəsi Kobi Brayantın “Medison Skver Qarden”də keçirdiyi oyun zamanı istifadə edilən top hərracda satılıb. 

Bizim.Media xəbər verir ki, Nyu-Yorkda keçirilən qarşılaşmada basketbolçu 61 xal toplamışdı. 

Top auksionda 66 152 dollara satılıb. Həmin görüş 2009-cu il fevralın 2-də baş tutmuşdu. Topun üzərində Kobi Brayantın avtoqrafı da var. 
Xatırladaq ki, Brayant karyerası ərzində bir oyunda ən çox 81 xal toplayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO