Azərbaycan Premyer Liqasında XV tura START VERİLİR

Azərbaycan Premyer Liqasında XV tura START VERİLİR

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında XV tura START VERİLİR

167085

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

"Araz-Naxçıvan" "Səbail"lə üz-üzə gələcək. Görüş saat 16:00-da start götürəcək. Paytaxt klubu 22 xalla 4-cü, Naxçıvan təmsilçisi 21 xalla 5-ci pillədə qərarlaşıb.

İkinci matçda "Sumqayıt" "Turan Tovuz"un qonağı olacaq. Bu oyun saat 18:30-da başlanacaq.
"Gənclik şəhəri" təmsilçisi 22 xalla 3-cü, meydan sahibləri 15 xalla 8-ci yerdədir.Azərbaycan Premyer Liqası

XV tur

16:00. “Araz-Naxçıvan” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Namiq Əliyev

“Dalğa Arena”

18:30 “Turan Tovuz” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun digər matçları 3-4 dekabrda olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO