Arda Turan müflis oldu

Hazırda oxunan: Arda Turan müflis oldu

167070

Türkiyədə dələduzluqda ittiham olunan qadının məhkəmə işi davam edir. 

Bizim.Media xəbər verir ki, həmin qadın Arda Turan və digər məşhur simaların pullarını mənimsəyib.

Seçil Arzan İstanbul banklarından birinin meneceri işləyib. Onun məsləhəti ilə Arda Turan bir neçə işə sərmayə qoyub. Lakin bu sərmayələr özünü doğrultmayıb və futbolçu böyük məbləğ itkisi ilə üzləşib. Seçil Ardanı inandırmaq üçün Fatih Terimin də bu işə sərmayə qoyduğunu söyləyib.
Mətbuatda hətta bununla bağlı “Fatih Terim fondu” adı da keçib. 

Ardanın sözlərinə görə, qadın onu aldadıb və 13 milyon dollar itirib.

“İllər ərzində qazandıqlarım hamısı heç oldu. Seçil məni aldatdı. Bu işdə qazanc olduğunu söylədi. Çox məyusam”, – deyə “Barselona”nın keçmiş futbolçusu, hazırda “Eyyubspor” komandasının baş məşqçisi bildirib. 

Məlumata görə, Arda aldadılan yeganə futbolçu deyil. “Qalatasaray” komandasının hazırkı qapıçısı Fernando Muslera da bu işə 1 milyon dollar qoyaraq itirib. Ondan başqa Emre Belezoğlu ilə Səlcuk İnanın da pul itirdiyi məlumatı var. 

Qeyd edək ki, onlar qoyduqları pulların müəyyən hissəsini qaytara biliblər. Arda isə yatırım üçün hətta torpaq sahəsini də satıb və qadının işlədiyi bankdan kredit götürüb.

Sosial şəbəkə hesablarında Arda ilə Seçilin messencerdə yazışması da yayılıb. Orada Arda Turanın bu mesajını görmək olar:

“Seçil, pulumu nə vaxt ala biləcəyimi mənə söylə. Xahiş edirəm, bu işi həll et. Sən məni pis vəziyyətdə qoymusan. Mən ailəmin qarşısında nə cavab verəcəyəm? Onların gözünə baxa bilmirəm. Bütün varidatımı sənə inanıb yatırım etmişəm. Kreditorlar hər gün zəng edir. Cavab verə bilmirəm. Cəmi 20 min pulum qalıb”.

Türkiyə mətbuatının məlumatına görə, Arda Turan sözügedən “yatırım” üçün ümumilikdə 13,9 milyon pul qoyub. Bu məbləğin 6,4 milyonunu qaytara bilib. Emre Belezoğlunu 4,292 milyon, Səlcuq İnanı 1,239 milyon, Fernando Musleranı isə 500 min dollar məbləğində aldadıblar.
Qeyd edək ki, Seçil Arzanın bildirdiyi fond heç vaxt olmayıb. O, saxta sənədlərdən istifadə edib.

Tanınmış aparıcı Fatih Altaylının bildirdiyinə görə, bu dələduzluqda Fatih Terimin də barmağı var.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO