\"Xəzri\" yenidən liqanın vahid lideri oldu - FOTO

Hazırda oxunan: \"Xəzri\" yenidən liqanın vahid lideri oldu - FOTO

167063

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 6-cı turun iki oyunu baş tutub.

Bizim.Media xəbər verir ki, turun açılış oyununda yerli komanda "Sumqayıt", region klubu "Şəki" ilə qarşılaşıb və 96-81 hesablı qələbəyə sevinib. 

Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Cey Mürrel - 26 xal, 10 asist), "Şəki" (Pol Dibal - 17 xal, 7 ribaund) 

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilmiş günün ikinci oyununda isə, "Xəzri" və "Xırdalan" klubları üz-üzə gəliblər. Oyun "Xəzri" nin 105-84 hesablı rahat qələbəsi ilə yekunlaşıb. 
Ən məhsuldar basketbolçular: "Xəzri" (Mark Vital - 20 xal, 3 ribaund), "Xırdalan" (Cessi Qi - 28 xal, 11 asist).

Qeyd edək ki, 6-cı turun digər oyunları ("Gəncə" - "Neftçi", "Sərhədçi" - "NTD-İNDİQO", "Sabah" - "Cəlilabad") 2 dekabr tarixində baş tutacaq.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO