UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turununun PSJ - "Nyukasl" matçında (1:1) işləyən video köməkçi hakim Tomaş Kvyatkovski cəzalandırıb.
Bizim.Media "The Guardian"a istinadən xəbər verir ki, buna onun sözügedən oyunun 90+8-ci dəqiqəsində Paris təmsilçisinə xeyrinə təyin etdiyi mübahisəli penalti qərarı səbəb olub.
PSJ-nin hücumçusu Kilian Mbappe hesabı bərabərləşdirərək komandasını məğlubiyyətdən xilas edib.
T.Kvyatkovski bu gün ÇL-də keçiriləcək "Real Sosyedad" - "Zalsburq" oyununda da VAR hakimləri siyahısında idi. Ancaq onun dünənki qərarından sonra hakim sözügedən matçdan kənarlaşdırılıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:07 / 29.11.2023
Mübahisəli penalti qərarı verən hakim cəzalandırıldı
Hazırda oxunan: Mübahisəli penalti qərarı verən hakim cəzalandırıldı
Hazırda oxunan: Mübahisəli penalti qərarı verən hakim cəzalandırıldı
166722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.