Çempionlar Liqası: 4 komanda 1/8 finala vəsiqə qazandı - NƏTİCƏLƏR

Hazırda oxunan: Çempionlar Liqası: 4 komanda 1/8 finala vəsiqə qazandı - NƏTİCƏLƏR

166601

UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib.

Bizim.Media xəbər verir ki, ilk gündə E, F, G və H qruplarında oyunlar keçirilib.

Bu qruplarda “Mançester Siti” və “Leyptsiq”dən sonra daha 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib. Bunlar “Atletiko”, “Latsio”, Dortmund “Borussiya”sı və “Barselona”dır.

Qeyd edək ki, digər qruplarda V turun matçları noyabrın 29-da keçiriləcək.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

28 noyabr

E qrupu

“Latsio” (İtaliya) – “Seltik” (Şotlandiya) 2:0

“Feyenoord” (Niderland) – “Atletiko” (İspaniya) 1:3

Xal durumu: “Atletiko” – 11, “Latsio” – 10, “Feyenoord” – 6, “Seltik” - 1.

F qrupu

“Milan” – “Borussiya” (Dortmund, Almaniya) 1:3

PSJ (Fransa) – “Nyukasl” (İngiltərə) 0:1

Xal durumu: “Borussiya” – 10, PSJ – 7, “Nyukasl” – 5, “Milan” – 5

G qrupu

“Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya) 3:2

“Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya) 2:0

Xal durumu: “Mançester Siti” – 15, “Leyptsiq” – 9, “Yanq Boyz” – 4, “Srvena Zvezda” – 1.

H qrupu

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Antverpen” (Belçika) 1:0

“Barselona” (İspaniya) – “Portu” (Portuqaliya) 2:1

Xal durumu: “Barselona” – 12, “Portu” – 9, “Şaxtyor” – 9, “Antverpen” - 0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO