"Barselona"nın futbolçusu əməliyyat olundu

Hazırda oxunan: "Barselona"nın futbolçusu əməliyyat olundu

166595

"Barselona"nın futbolçusu Qavi bu gün diz çarpaz bağlarından əməliyyat olunub.

Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, İspaniya millisinin heyətində zədələnən yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib.

O, mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. Təxminən 8 ay komandasına kömək edə bilməyəcək futbolçunun yeni mövsümün əvvəlində sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, 19 yaşlı futbolçu  Avro-2024-ün seçmə mərhələsində Gürcüstana qarşı matçda zədələnmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO