Azərbaycan çempionatında son 5 mövsümün rekordu QEYDƏ ALINDI

Hazırda oxunan: Azərbaycan çempionatında son 5 mövsümün rekordu QEYDƏ ALINDI

166322

Azərbaycan Premyer Liqasında mövsümün 3-cü het-triki qeydə alınıb. 

Bizim.Media Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Qəbələ”nin futbolçusu Bilel Auaşeriya “Turan Tovuz”la ev oyununda üç qol vurub. 

Bu görüşdə meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib. 

Bilelə qədər “Qarabağ”dan Yassin Benzia, “Sabah”dan Davit Volkov het-trik müəllifi olub. Bununla da Premyer Liqada son 5 mövsümün rekordu qeydə alınıb. Sonuncu dəfə bir çempionatda 3 het-trikə 2018/19 mövsümündə təsadüf olunub. Həmin vaxt Mahir Emreli iki, Dani Kintana bir matçda belə məhsuldarlıq nümayiş etdirib.
Qeyd edək ki, het-trik sayında ölkə çempionatlarının mütləq rekordu 1992-ci ildə gerçəkləşib. Həmin vaxt 22 dəfə bir oyunçu üç qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO