Basketbol Lİqası: \"Neftçi\" “Sabah”ı məğlub edib - FOTO

Hazırda oxunan: Basketbol Lİqası: \"Neftçi\" “Sabah”ı məğlub edib - FOTO

166105

25 noyabr Azərbaycan Basketbol Liqasında (ABL) 5-ci turun iki oyunu baş tutub. 

Bizim.Media xəbər verir ki, günün ilk oyunu Cəlilabadda baş tutub. 

Yerli komanda, "Sumqayıt" basketbolçuları ilə qarşılaşıb və 86-74 hesablı qələbəyə sevinib.

Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Camani Pirs - 19 xal, 10 ribaund), "Sumqayıt" (Smit Roderik - 22 xal, 12 ribaund)

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilmiş günün ikinci oyununda isə, çempionatın əsas favoritlərindən sayılan "Neftçi" və "Sabah" komandaları qarşılaşıblar. Bərabər mübarizə şəraitində davam edən turun mərkəzi oyununda, "Neftçi" çempionatın əsas favoritinə 96-93 hesabı ilə qalib gəlib. 

Ən məhsuldar basketbolçular: "Neftçi" (Toraje Breyk - 27 xal, 9 ribaund), "Sabah" (Kivon Devenport - 22 xal, 9 ribaund)

Qeyd edək ki, turun son oyunu ("Şəki" - "Xəzri") 26 noyabr tarixində baş tutacaq.



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO