“Şamaxı” klubunun baş məşqçisi istefa verib

Hazırda oxunan: “Şamaxı” klubunun baş məşqçisi istefa verib

165980

“Şamaxı” futbol komandasının baş məşqçisi Vüqar Əsgərli istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə Klubdan məlumat verilib.

Məlumata görə, mütəxəssis I Liqanın 9-cu turunda evdə “Karvan”a 2:4 hesablı məğlubiyyətdən bu addımı atıb.

Klub rəhbərliyi ilə görüşən çalışdırıcı ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib. Müzakirədən sonra baş məşqçinin istefası qəbul edilib.
Qeyd edək ki, “Şamaxı” klubu 9 turdan sonra 15 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO