\"Sərhədçi\"dən əzmkar qələbə - FOTO

Hazırda oxunan: \"Sərhədçi\"dən əzmkar qələbə - FOTO

165867

23 noyabr Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 5 -ci turunun açılış oyunu baş tutub.  

Bizim.Media xəbər verir ki, açılış oyununda çempionatın aşağı sıralarında qərarlaşmış "Sərhədçi" və "Gəncə" komandaları üz-üzə gəliblər. 

İki əlavə vaxtın yaşandığı gərgin oyunun yekununda, 17 xallıq fərqdən geri dönüşü reallaşdıran "Sərhədçi", 109-108 hesablı çətin qələbə qazanıb. 

Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Brendon Miller - 30 xal, 9 asist), "Gəncə" (Culs Mur - 33 xal, 16 ribaund) 

Qeyd edək ki, 5 -ci turun digər oyunları ("Xırdalan" - "NTD-INDIGO", "Cəlilabad" - "Sumqayıt", "Neftçi - "Sabah", "Şəki" - "Xəzri") 24-26 noyabr tarixləri aralığında baş tutacaq.



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO