“Azərreyl”dən ardıcıl ikinci qələbə

Hazırda oxunan: “Azərreyl”dən ardıcıl ikinci qələbə

165856

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Bizim.Media xəbər verir ki, GİN-in Voleybol Mərkəzində baş tutan görüşdə “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. 

Matçın qalibi 3 setdə müəyyən olunub. Qarşılaşmaya daha yaxşı başlayan “Azərreyl” üstünlüyünü sonadək qoruyub və quru hesabla qələbə qazanıb – 3:0 (25:22, 25:23, 31:29). 

Turnir cədvəlinə 6 xalla “Azərreyl” liderlik edir. “Neftçi” və “Murov Az Terminal” hərəyə 3 xalla ikinci, üçüncü yerləri bölüşürlər. Keçirdiyi hər iki matçda məğlub olan MOİK-in xalı yoxdur. 

“Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları isə hələ oyun keçirməyiblər.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO