“Spartak” rəsmisi “Neftçi” ilə oyundan danışdı

Hazırda oxunan: “Spartak” rəsmisi “Neftçi” ilə oyundan danışdı

165843

“Spartak”ın baş direktoru Oleq Malışev “Neftçi” ilə keçiriləcək yoxlama oyunu ilə bağlı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, Moskva klubunun rəsmisi qarşılaşmanın tarixinin dəqiqləşmədiyini bildirib.

Yayda “Spartak” və “Neftçi” arasında əməkdaşlıq memorandum imzalanıb. Malışev “Neftçi” ilə yaxşı əlaqələrinin olduğunu və oyununu dəqiq tarixi ilə bağlı gələcəkdə açıqlama verəcəklərini bildirib:

“Matçın keçirilmə vaxtı dəqiqləşməyib. Bu müəyyən olunan kimi mətbuata açıqlama veriləcək. Hazırda klubun qarşısında ili daha yaxşı başa vurmaq vəzifəsi dayanıb”.

Qeyd edək ki, “Neftçi”nin digər Rusiya klubu “Zenit”lə əməkdaşlığı çərşivəsində noyabrın 18-də komandalar arasında Bakıda yoldaşlıq oyunu keçirilib. Qarşılaşma Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO