“Vüqar Həşimov Memorial-2023” superturnirinin iştirakçıları MÜƏYYƏNLƏŞDİ 

Hazırda oxunan: “Vüqar Həşimov Memorial-2023” superturnirinin iştirakçıları MÜƏYYƏNLƏŞDİ 

165737

“Vüqar Həşimov Memorial-2023″ superturnirinin iştirakçıları müəyyənləşib.  

Bizim.Media xəbər verir ki, bu barədə memorialın direktoru Anar Allahverdiyev mətbuat konfransında məlumat verib.  

O, yerli şahmatçılardan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov və Aydın Süleymanlının turnirə qatılacağını bildirib. 
A.Allahverdiyev yarışda Santoş Vidit (Hindistan), Rixard Rapport (Rumıniya), Yan-Kşiştof Duda (Polşa), Yorden van Forest (Niderland) və Boris Qeifand (İsrail) kimi əcnəbi şahmatçıların da iştirak edəcəyini söyləyib. 

Qeyd edək ki, turnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 7-11-i aralığında Qəbələdə təşkil olunacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO