Canni De Byazinin AFFA-ya verdiyi hesabat AÇIQLANDI: "Seçim etməkdə sərbəstsiniz"

Hazırda oxunan: Canni De Byazinin AFFA-ya verdiyi hesabat AÇIQLANDI: "Seçim etməkdə sərbəstsiniz"

165598

İtaliya mətbuatı Azərbaycan milli komandası ilə yollarını ayıran baş məşqçi Canni De Byazinin İcraiyyə Komitəsinin fövqəladə iclasında AFFA rəhbərliyinə verdiyi hesabatı açıqlayıb.

Bizim.Media xəbər verir ki, 67 yaşlı mütəxəssis yığıncaqda yığmaya rəhbərlik etdiyi 3 il ərzində komandanın inkişaf etdiyini və tarixi uğura imza atdığını bildirib.

“İlk dəfə beş komandalı qrupda 7 xal topladıq. Həmçinin ardıcıl beş oyunda qələbə qazandıq ki, indiyədək Azərbaycan millisinin tarixində belə nəticə olmamışdı. Belçika ilə ilk matçda, Avstriya və İsveçlə görüşlərdə sərgilədiyimiz oyunla düzgün yolda olduğumuzu göstərdik. Yaxşı oyunçulardan ibarət maraqlı komanda formalaşdırdıq.

Buna baxmayaraq, artıq burada qalmaq istəmirəm. Beləliklə, mən bütün şübhələri və çaşqınlığı aradan qaldırıram. Siz istədiyiniz seçimi etməkdə sərbəstsiziniz. Hər şey üçün təşəkkür edirəm. Sizinlə işləmək xoş idi və mənim üçün əla təcrübə oldu. Daha yaxşı işlər görə biləcəyimizə ümid edirdim”, - De Byazi AFFA rəhbərliyinə hesabatında vurğulayıb.
Qeyd edək ki, AFFA-nın baş katibi Sərxan Hacıyev iclasdan sonra jurnalistlərə açıqlamasında Canni De Byazinin yığmadakı fəaliyyətinin müzakirə olunduğunu və onunla müqavilənin uzadılmamasına qərar verildiyini bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO