Peres Avropa Superliqasını bərpa etməyə hazırlaşır

Peres Avropa Superliqasını bərpa etməyə hazırlaşır

Hazırda oxunan: Peres Avropa Superliqasını bərpa etməyə hazırlaşır

165512

“Real”ın prezidenti Florentino Peres Avropa Superliqası arzusundan əl çəkmir. 

Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, o, İngiltərə klublarının məsələ ilə bağlı mövqeyindən asılı olmayaraq sözügedən turniri bərpa etməyə çalışacaq. 

Dekabrın 21-də Avropa İttifaqının Ədalət Məhkəməsi UEFA ilə Superliqa arasında gedən proseslərdə son qərarı elan edəcək. Məhkəmə turnirin UEFA-nın himayəsi xaricində keçirilməsi barədə qərar versə, Peres dərhal prosesi sürətləndirəcək.
Onun iştirakçıların tərkibindən asılı olmayaraq, Superliqaya start verəcəyi bildirilib. 

Xatırladaq ki, 2021-ci ilin aprelində “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Lakin UEFA-nın təzyiqindən sonra “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO