Gənc voleybolçularımızdan ardıcıl ikinci məğlubiyyət

Gənc voleybolçularımızdan ardıcıl ikinci məğlubiyyət

Hazırda oxunan: Gənc voleybolçularımızdan ardıcıl ikinci məğlubiyyət

165500

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında keçirdiyi ikinci oyununda da məğlub olub.  

Bizim.Media xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Ukraynaya müqavimət göstərə bilməyib.

Ötən gün ev sahiblərinə uduzan (0:3) millimiz ukraynalılara da eyni hesabla yenilib - 0:3 (9:25, 8:25, 13:25).
Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO