UEFA növbəti dəfə

UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirdi

Hazırda oxunan: UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirdi

165476
UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"la bağlı növbəti paylaşım edib.

Sfera.az  xəbər verir ki, məlumatda Ağdam klubunun turnirin qrup mərhələsində topa sahib olma üzrə ən yaxşı ikinci komanda olduğu vurğulanıb.

Ağdam təmsilçisi 60,7 faiz göstərici ilə yalnız Niderlandın "AZ Alkmaar" klubundan (62,8) geri qalıb.

Qeyd edək ki, H qrupunu ikinci pillədə başa vurmuş "Qarabağ" pley-off mərhələsində Fransa "Marsel"inə rəqib olub. "Köhlən atlar" ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO