Qadın şahmatçılarımız Avropa çempionatında gümüş medal qazandı - İLK DƏFƏ

Qadın şahmatçılarımız Avropa çempionatında gümüş medal qazandı - İLK DƏFƏ

Hazırda oxunan: Qadın şahmatçılarımız Avropa çempionatında gümüş medal qazandı - İLK DƏFƏ

165333

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında sonuncu IX turun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, qadın şahmatçılardan ibarət Azərbaycan yığması son turda Serbiyanı məğlub edib.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva öz görüşlərini qələbə ilə başa vurublar. Birinci lövhədə çıxış edən Günay Məmmədzadə isə məğlub olub. Yekunda 3-1 hesablı qələbə qazanan Azərbaycan komandası tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb.

Azərbaycan millisi 7 turda qələbə qazanıb, bir dəfə heç-heçə edib, yeganə məğlubiyyətini isə Avropa çempionu olan Bolqarıstan yığmasından alıb.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi isə yarışı medalsız başa vurub. Yığma son turda İtaliya ilə heç-heçə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO