AFFA-nın baş katibi De Byaziyə görə jurnalistlərdən üzr istədi

AFFA-nın baş katibi De Byaziyə görə jurnalistlərdən üzr istədi

Hazırda oxunan: AFFA-nın baş katibi De Byaziyə görə jurnalistlərdən üzr istədi

165184

AFFA Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin jurnalistlər haqqında fikirlərinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu, AVRO-2024-ün seçmə mərhələsinin Belçika (0:5) ilə oyunundan sonra baş verib.

Assosiasiyanın baş katibi Sərxan Hacıyev italiyalı mütəxəssisin işlətdiyi ifadələrə görə mətbuat nümayəndələrindən üzr istəyib.

67 yaşlı mütəxəssis Brüsseldəki matçdan sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə xoşagəlməz sözlər işlədib:

“Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar FIAT 500 ilə Ferrari komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”.
Qeyd edək ki, italyan mütəxəssis belçikalı jurnalistlər başa düşsünlər deyə, tərcüməçidən açıq şəkildə bunu tərcümə etməyi xahiş edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO